Rusiyada gündəlik koronavirusa yoluxanların sayı 20 mini ötüb
Rusiyada son 24 saatda daha 20.582 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda virusa yoluxanların sayının 1,733.440-a, COVID-19 nəticəsində ölənlərin sayının isə 378 nəfər artaraq 29.887-yə çatdığı bildirilib.
Qeyd edilib ki, virusa yoluxanlardan 1.296.124 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.