Rusiyada hökumətin buraxılmasının pərdəarxası - ŞƏRH
16.01.2020 13:48 Fikirlər

Rusiyada hökumətin buraxılmasının pərdəarxası - ŞƏRH

Ötən gün Rusiyada hökumətin istefaya getməsi dünya mediasının gündəm mövzusudur. Bu məsələ ətrafında geniş müzakirələr olunur.

Dünyada gedən siyasi proseslərin fonunda Rusiyada bu cür köklü dəyişiklik nədən qaynaqlanır? Və bu yenilik Rusiyada hansı dəyişikliklərə səbəb olacaq?

Bu barədə MediaPosta açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Rusiyadakı son proseslər hökumətdaxili məsələ kimi görünə bilər, lakin Putin dəyişikliklərin anonsunu verdi: “Bu, konstitusiya dəyişiklikləri və onun ardınca gələn yeni siyasi mühitin göstəricisi ola bilər. Hökumət dəyişikliyi belədir ki, Putin Vladimir Medvedevi istefaya göndərdi və onun yerinə vergilər nazirini təyin etdi. Bunu da bir iqtisadi faktor kimi götürmək olar. Rusiya iqtisadi böyümə tərəfindən əziyyət çəkir. Putin dövründə texniki və təhlükəsizlik tərəfdən, hərbi cəhətdən Rusiya özünü möhkəmlədə bilib. Hətta dünyada daha önəmli rol almağa başlayıb. Lakin iqtisadi tərəfdən axsayır. Ola bilsin Putin Medvedevin iqtisadi idarəetməsindən narazıdır. Ona görə də vergilər nazirini cəlb etməklə iqtisadi sahədə irəliləyişə nail olmaq istəyir. İkinci tərəfdən bu dəyişiklik Putinin Medvedevi sələfi kimi görmədiyini göstərir. Bir çoxları düşünürdü ki, Rusiya lideri sabiq baş naziri öz yerinə hazırlaya bilər. Düzdür, Putin onu Təhlükəsizlik Şurasına ikinci səlahiyyətli şəxs kimi təyin etdi, ancaq bu yolla nazirlər kabinetindən uzaqlaşdırdı. Bununla da onun sələfi olmayacağının elanını vermiş oldu”.

Rusiyada hökumətin buraxılmasının pərdəarxası - ŞƏRH

Politoloq qeyd edib ki, yeni reformlardan sonra Putinin Rusiyanın aktiv şəkildə siyasətdə qalması üçün önü açılır: “İkinci bir məsələ bilirsiniz ki, Putinin prezidentlik dövrü başa çatır. Ondan sonrakı siyasi fəaliyyətini sərbəst şəkildə davam etdirilməsinə yönəldilib. Və o, bunu bir neçə yolla həyata keçirə bilər. Bu dəfə Putin baş nazir prezident yerdəyişikliyi etmək istəmir. Onun əvəzinə prezident idarəetməsinin gücü zəiflədilir, parlamentar sistemin və baş nazirin gücü artırılır. Putin daha əvvəl Belarusda və Mərkəzi Asiyada sınanmış bir neçə sistemdən hər hansısa, birini seçərək ölkəni idarə edəcəyi gözlənilir. Əslində, o, bu gedişi ilə 2024-də onun siyasətdən gedəcəyini düşünənlərə xoş olmayan bir sürpriz etdi. O, 2030 və sonrası üçün siyasətdə qalacağına aktiv zəmin hazırlamış oldu. Burada nələr nəzərdə tutulub? Birinci Putin baş nazir kimi ölkəni idarə edir. Bu şəkildə o, uzun müddət ölkəni idarə edə bilər. Çünki prezidentlik üçün müvəqqəti vaxt olduğu halda, baş nazir üçün belə bir zaman həddi yoxdur. İkinci olaraq, o, ölkəni parlament spikeri kimi, yaxud da hakim mövqe tutan partiyanın rəhbəri kimi idarə edə bilər. Dünyanın bir çox ölkələrin praktikasında bu cür idarəetmələr mövcuddur. Daha bir dəyişiklik dövlət şurası ilə bağlıdır. Dövlət Şurası Putin hakimiyyətə gələndə təsis olunub. Əsasən, qubernatorlardan, aşağı və yuxarı parlament sədrlərindən və parlamentdəki partiya liderlərindən təşkil olunub. Bu şuraya prezident rəhbərlik edirdi və elə də bir aktiv rolu yox idi. Hazırda Putin çalışır ki, yeni konstitusiyada dövlət şurasının da rolu artsın və sədri prezident olmasın. Bu da Qazağıstanda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının sədri kimi qalıb ölkəni idarə etdiyi sistemə bənzəyir”.

Ekspert əlavə edib ki, yeni konstitusiya dəyişiklikləri ilə bağlı daha bir məqam Rusiya qanunlarının beynəlxalq qanunlardan üstün olması ilə bağlıdır: “Bu da indiki konstitusiyanın təməldən dəyişilməsi deməkdir. Əlbəttə ki, bu yeni qanunun qəbul edilməsi, Rusiyada olan immiqrantların, iş adamlarının, ikili vətəndaşlığı olan şəxslərin Rusiyaya qarşı açdığı məhkəmə işlərinin qarşısını almaqdır. Putin həm də bu addımla xaricdə yaşamış, ikili vətəndaşlığı olan şəxslərin gələcəkdə dövlət başçısı olma yollarını da bağlıyıb. Təsəvvür edin, əmək miqrantları şəklində Rusiyaya axan (bu da hesablamalara görə ümumi əhalinin 7 faizi deməkdir) şəxslərin də rəhbər vəzifə tutmaq imkanlarını əlindən alır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm