Rusiyada kollecdə baş verən atışmada iki nəfər ölüb
14.11.2019 06:22 Gündəm

Rusiyada kollecdə baş verən atışmada iki nəfər ölüb

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.

“Report” REN TV-yə istinadən xəbər verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib.

Belə ki, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub.

Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm