Rusiyada koronavirusa yoluxanların sayı 900 mini ötdü
12.08.2020 10:05 Gündəm Dünya

Rusiyada koronavirusa yoluxanların sayı 900 mini ötdü

Rusiyada son 24 saatda daha 5.102 nəfər yeni tip koronavirusa yoluxub.

“MediaPost” xəbər verir ki, beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 902.701-ə, həyatını itirənlərin sayı isə 129 nəfər artaraq 15.260-a yüksəlib.

Qeyd edilib ki, virusa yoluxanlardan 710.298 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm