Rusiyada qar uçqunu: Federasiya rəhbəri öldü
19.01.2021 00:57 Dünya

Rusiyada qar uçqunu: Federasiya rəhbəri öldü

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.

"MediaPost" "Mash" "Telegram" kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər uçqun altında qalıb.

Qar uçqunu Dombay kurort qəsəbəsindəki Mussa-Açitara dağında qeydə alınıb. Təbii fəlakət nəticəsində dağ xizəyi avadanlığını icarəyə verən məntəqə və kafe qar uçqunu altında qalıb.

Uçqun zamanı həlak olanlardan biri Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulovdur. Onun övladı Şamil Marşankulov atasının ölüm xəbərini təsdiqləyib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 6 nəfərin xilas edildiyi bildirilir.

Xəbərlər şöbəsi

Gündəm