Rusiyada son sutkada 19.851 nəfər koronavirusa yoluxub
11.11.2020 12:11 Dünya

Rusiyada son sutkada 19.851 nəfər koronavirusa yoluxub

Rusiyada son 24 saatda daha 19.851 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 1.836.960-a, COVID-19 nəticəsində ölənlərin sayının isə 432 nəfər artaraq 31.593-ə çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 1.369.357 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm