Rusiyada son sutkada 336 nəfər koronavirus nəticəsində ölüb
09.03.2021 12:45 Dünya

Rusiyada son sutkada 336 nəfər koronavirus nəticəsində ölüb

Rusiyada son 24 saatda daha 9.445 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 4,342,474-ə, COVID-19 nəticəsində ölənlərin sayının isə 336 nəfər artaraq 89.809-a çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 3,932,177 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm