Rusiyadan İdlib gərginliyini artıracaq addım - Türkiyə ilə razılaşma pozuldu
03.03.2020 10:48 Xarici siyasət

Rusiyadan İdlib gərginliyini artıracaq addım - Türkiyə ilə razılaşma pozuldu

“MediaPost” xəbər verir ki, bu bardə məlumatı Rusiyanın Suriyadakı Tərəflərin Uzlaşması Mərkəzi verib.

Ötən gün axşam saatlarında bölgənin mərkəzinə doğru irəliləyən müxalif silahlı qruplaşlamalar hökumət qüvvələri ilə toqquşub. Səhərə qədər davam edən şiddətli qarşıdurmalardan sonra rayon mərkəzi müxalif qruplaşmalar tərəfindən ələ keçirilib.

Səraqib rayonu M4 və M5 quru yollarının ölkənin ən vacib şəhərlərini birləşdirən strateji nöqtədə yerləşir. M4 magistral yolu Latakiyanı Hələb və Hama ilə birləşdirir, M5 magistral yolu isə Hələb-Şam bağlantısını qurur.

Rusiya bu addımla Soçi və Astana razılaşmalarının şərtlərini pozublar. Yaranmış bu vəziyyətin Türkiyə ilə Rusiya münasibətlərini yeni sfreya daşıyacağı gözlənilir.

Xəbərlər departamenti

Gündəm