Rusiyadan İdlib gərginliyini artıracaq açıqlama - Atəşkəs rədd edildi
26.02.2020 12:18 Xarici siyasət

Rusiyadan İdlib gərginliyini artıracaq açıqlama - Atəşkəs rədd edildi

"MediaPost" xəbər verir ki, Sergey Lavrovun İdlibdə atəşkəs qərarına əməl olunması məsələsi ilə bağlı fikirlər bildirib.

"Bu şəraitdə atəşkəs tələbi insan hüquqlarını müdafiə etmək məqsədi daşımır, əksinə, terrorçulara güzəşt etmək və onların fəaliyyətlərini dəstəkləmək deməkdir", - deyə rusiyalı nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, bəzi hökumətlər radikal və terrorçu qrupların həyata keçirdiyi qalmaqallı hərəkətlərə haqq qazandırmaq istəyirlər.

Bazar ertəsi Ankara və Moskva arasındakı danışıqlara toxunan Lavrov, "hazırda İdlib mövzusunda yeni danışıqlara hazırlaşırıq. Ümid edirik ki, bu danışıqlar İdlibi gərginlikdən qurtarma bölgəsi halına gətirəcək".

Xəbərlər departamenti

Gündəm