Rusiyadan İdlibdəki hücumla bağlı açıqlama
"MediaPost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşanan hadisədən sonra Rusiya Müdafiə Nazirliyi ilk açıqlamasını verib.
Onlar bölgədə türk əsgərlərinin olub-olmaması barədə xəbərsiz olduqlarını bildiriblər.
"Türkiyə tərəfi həmin bölgədə əsgərlərinin olub-olmaması barədə bizə məlumat verməyib. Biz ehtimal edirdik ki, orada türk əsgəri olmayacaq. Rusiyaya məxsus təyyarələr türk əsgərlərinin olduğu bölgəyə hücum təşkil etməyiblər" - deyə Rusiya tərəfi açıqlamasında qeyd edib.