Rusiyadan koronavirus vaksini ilə bağlı şad xəbər: 12 avqustda...
07.08.2020 13:11 Gündəm Dünya

Rusiyadan koronavirus vaksini ilə bağlı şad xəbər: 12 avqustda...

Rusiyada hazırlanan ilk COVID-19 vaksininin 12 avqust tarixində təsdiqlənəcəyi açıqlanıb.

“MediaPost” xəbər verir ki, bu barədə Səhiyyə naziri müavini Oleq Qridnev məlumat verib. Hazırda vaksinin üçüncü mərhələdə olduğunu bildirən Qridnev sınaqların önəminə diqqət çəkib.

Qeyd edilib ki, vaksin ilk növbədə səhiyyə işçiləri və yaşlı vətəndaşlara vurulacaq.

Xatırladaq ki, Rusiya Səhiyyə naziri Mixail Muraşko Rusiyada kütləvi peyvənd tətbiqinə oktyabr ayında başlanacağını açıqlamışdı.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm