Rusiyadan Türkiyəyə ittiham
“MediaPost” Türkiyə mediasına istinadən xəbər verir ki, Oleq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirib:
“İdlibin şərqində yaşanan qarşıdurmalara görə Suriya-Türkiyə sərhədinə getmək istəyən yüz minlərlə qaçqın olması barədə məlumat həqiqəti əks etdirmir. İdlib gərginliyi azaltma bölgəsindəki təxminən 1 milyon qaçqının sərhədə gedəcəyinə dair heç bir foto video və ya başqa bir sənəd yoxdur”.
Xatırladaq ki, daha əvvəl R.T.Ərdoğan suriyalı qaçqınların Türkiyə sərhədlərinə köçə başladığını deyib.