Rusiyalı bloger canlı yayımda qonağının başını masaya çırpdı - VİDEO
22.10.2020 11:09 Şou-biznes

Rusiyalı bloger canlı yayımda qonağının başını masaya çırpdı - VİDEO

“Mellstroy” adı ilə məşhurlaşan rusiyalı bloger Andrey Burim qonağı olan Alyona Yefremova adlı qadına canlı yayımda xəsarət yetirib.

“MediaPost” xəbər verir ki, Burim gənc qızın başını dəfələrlə masaya çırpıb. Buna isə “Youtube”un canlı yayımı zamanı Alyonanın “Burim məndən çılpaq fotolarımı istəyib” sözlərini işlətməsi səbəb olub.

Andrey iddianı rədd edərək, əsəbiləşib və Alyonaya zərər verib. Sözügedən görüntülər sürətlə sosial mediada yayımlanıb. Yaralanan Yefremova xəstəxanaya yollandıqdan sonra Adreydən şikayətçi olub.

 

Pərviz Hüseyn

Gündəm