Rusiyalı muzdlular düşmən tərəfdən döyüşür?
09.11.2020 13:38 Dünya Qarabağ Azərbaycandır

Rusiyalı muzdlular düşmən tərəfdən döyüşür?

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində daha da irəliyə getsə, Türkiyə dərin hərbi müdaxilədən uzaq duracaq".

"MediaPost" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə siyasi və hərbi analitiklərin fikirlərinin yer aldığı məqalədə bildirilib.

Məqalədə Türkiyənin Azərbaycanı açıq şəkildə dəstəkləməsi, Rusiyanın isə hərbi əməliyyatları Ermənistan ərazisinə keçəcəyi təqdirdə hərbi müdaxilə etməsi ilə bağlı açıqlamaları qeyd olunub. 

Lakin Fransanın Aralıq dənizi Strateji Araşdırmalar Fondunun direktoru Pier Razoks məsələ ilə bağlı açıqlamasında "Əsas sual budur: Kremlin Dağlıq Qarabağın Azərbaycana qayıtmasını istəyirmi?", - deyə vurğulayıb.

Digər tərəfdən adının açıqlanmaması şərtilə "Reuters"ə danışan rusiyalı xüsusi hərbi podratçı həmkarından rus muzdlularının Dağlıq Qarabağa getməsi barədə təsdiqlənməmiş məlumatlar aldığını söyləyib.

Bununla yanaşı, məqalədə gedən hərbi əməliyyatların Azərbaycanda olan neft və təbii qaz borularına zərər dəymə ehtimalı ilə bağlı narahatlıq da dilə gətirilib. 

Anara Mikail

Gündəm