Rusiyanın Baş nazirinin müavini qəzaya düşdü
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk yol qəzasına düşüb.
"MediaPost" TASS-a istinadən xəbər verir ki, dövlət rəsmisinin olduğu avtomobil Moskvada Kutuzovski prospektində digər maşınla toqquşub. Overçuk yaralı halda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Qəza zamanı daha bir nəfər də yaralanıb.