Rusiyanın sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü
11.11.2020 13:43 Qarabağ Azərbaycandır

Rusiyanın sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu yolu sahəsində müvəqqəti nəzarət məntəqələri qurub.

“MediaPost” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.

Məlumata əsasən, sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər.

Xəbərlər departamenti

Gündəm