Rusiyanın turizm şirkətləri koronavirusa görə Çinə turları dayandırıb
27.01.2020 13:57 Xarici siyasət

Rusiyanın turizm şirkətləri koronavirusa görə Çinə turları dayandırıb

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, bu addım Rusiyanın dövlət turizm agentliyi “RosTurizm”in tövsiyəsi ilə atılıb. Rusiyanın Çindəki səfirliyindən verilən məlumata görə, Moskva Rusiya vətəndaşlarının Çinin Hubei əyalətindən evakuasiya edilməsi üçün danışıqlar aparır.

11 milyon əhalisi olan Hubei əyalətinin paytaxtı Vuhan şəhərinə giriş-çıxış məhdudlaşdırılıb. Çinin bir sıra digər şəhərlərində də hərəkət məhdudiyyətləri mövcuddur.

Coşqun Əli / “MediaPost”

Xəbərlər departamenti

Gündəm