Rusiyanın yeganə aviasiya daşıyan kreyserində baş verən yanğında xəsarət alanların sayı artıb
12.12.2019 16:50

Rusiyanın yeganə aviasiya daşıyan kreyserində baş verən yanğında xəsarət alanların sayı artıb

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.

Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm