Rusiyaya getmək istəyənlərə şad xəbər
06.11.2020 15:00 Dünya

Rusiyaya getmək istəyənlərə şad xəbər

Rusiyada turistlər üçün viza prosedurlarının asanlaşdırılmasına dair atılan addımlara daha biri əlavə olunur.

"MediaPost" xəbər verir ki, Dumaya hökumət tərəfindən təqdim olunan qanun layihəsi nəticəsində viza müddəti bütün turistlər üçün 6 ay müddətinə uzadılacaq.

"Svoy TS" adlı turizm şirkətinin direktoru Sergey Voytoviç "qanun qəbul edilsə, turistlərin Rusiya vizası almaq üçün iki seçimi olacaq. Elektron viza, sürətli və ucuz. Amma bir neçə həftəlik. Normal viza isə daha bahalı və uzun müddətə alınır", - deyə qeyd edib. 

Məlumat üçün bildirək ki, Rusiya 2017-ci ilin əvvəlində elektron viza tətbiqini genişlətmişdi. Bununla da 2021-ci ilin 4 fevral tarixindən Rusiyaya elektron viza ilə daxil olmaq mümkün olacaq.

Anara Mikail

Gündəm