Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Qanun dəyişir
16.09.2020 10:36 Dünya

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Qanun dəyişir

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.

"MediaPost" xəbər verir ki, bu barədə nazirlik tərəfindən hazırlanan miqrasiya məsələləri üzrə yeni bir federal qanun layihəsi konsepsiyasında qeyd olunub. Belə ki, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmələrini tələb edən bildiriş göndəriləcək. Rədd cavabı alındıqda hökumət sözügedən şəxslərin Rusiyada işləməsini qadağan və hətta ölkədən deportasiya edə bilər.

Layihə eyni zamanda əcnəbilər üçün fərdi məlumatları əks etdirən şəxsiyyət vəsiqələrinin verilməsini, Rusiyaya girmədən əvvəl barmaq izlərinin götürülməsini və xarici işçiləri dəvət edən şəxslərin məlumatlarının hazırlanmasını da təmin edəcək.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi Valentina Kazakova Rusiya vətəndaşlığı almaq və əcnəbilərin işə qəbulu prosedurunu sadələşdirmək üçün yeni federal qanun konsepsiyasının artıq hazır olduğunu və müzakirə mərhələsindən keçdiyini bildirmişdi. 

 

Anara Mikail

Gündəm