Rusların banklara olan borcu 250 milyardı ötüb
Rusiya vətəndaşlarının banklara olan kredit borclarında 2020-ci ilin ilk yarısında 9.8% artım qeydə alınıb.
"MediaPost" xəbər verir ki, beləliklə vətəndaşların banklara olan borcunun məbləği 250.8 milyard dollara çatıb.
Yerli medianın məlumatına görə, əhalinin gəlirinin 32%-i kredit borclarına gedir.
Qeyd edilib ki, kredit borclarının artmasının isə əsas səbəbi ipoteka kreditlərinin artmasıdır.