Mixail Saakaşvili koronavirusa yoluxub
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
"MediaPost" xəbər verir ki, bu barədə ölkə başçısı "TV Pirveli"də məlumat verib.
Siyasətçinin sözlərinə görə, o, bir neçə həftə öncə yüngül xəstəlik keçirib və artıq sağalıb.
Saakaşvili xəstəliyinin asimptomatik olduğunu və bu barədə test nəticələri çıxdıqdan sonra öyrəndiyini qeyd edib.