Saatlı sakini səhvən özünü güllələdi
27.02.2021 19:52 Hadisə

Saatlı sakini səhvən özünü güllələdi

Saatlıda bədbəxt hadisə baş verib.

"MediaPost"un məlumatına görə, hadisə rayonun Məzrəli kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1996-cı il təvəllüdlü Mənsimov Allahverdi Orucəli oğlu mal-qara otaran zaman yıxılıb və üzərində gəzdirdiyi ov tüfəngindən açılan atəş nəticəsində başından ağır yaralanıb.

Nəticədə A.Mənsimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm