Saatlı sakinindən odlu silahlar götürülüb
14.04.2021 15:49 Hadisə

Saatlı sakinindən odlu silahlar götürülüb

Saatlı sakinindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "MediaPost"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb. 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm