Saatlıda toydan qayıdan ailə qəzaya düşüb, beş nəfər xəsarət alıb
19.01.2020 06:28 Hadisə

Saatlıda toydan qayıdan ailə qəzaya düşüb, beş nəfər xəsarət alıb

APA xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm