Sabah 20 dərəcə isti olacaq
05.11.2020 13:08 Cəmiyyət

Sabah 20 dərəcə isti olacaq

Noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "MediaPost"a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Noyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbərlər şöbəsi

Gündəm