Sabah Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək
25.02.2020 08:28 Cəmiyyət

Sabah Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

"MediaPost"-un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm