Sabah Bakıda qısamüddətli yağış yağacaq
03.08.2020 11:09 Gündəm Cəmiyyət

Sabah Bakıda qısamüddətli yağış yağacaq

4 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən “MediaPost”a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23,  gündüz 27-30,  Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

4 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 19-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Avqustun 4-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

Xəbərlər şöbəsi

Gündəm