Sabah Yerevanda 17 müxalifət partiyanın mitinqi baş tutacaq
10.11.2020 17:03 Dünya

Sabah Yerevanda 17 müxalifət partiyanın mitinqi baş tutacaq

"17 erməni müxalifət partiyası sabah Yerevanda Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına dair imzalanmış müqaviləyə etiraz aksiyası keçirəcək".

"MediaPost" "Ria Novosti"yə istinadən xəbər verir ki, siyasi qüvvələrin müvafiq ortaq bəyanatı Daşnaksütyun partiyasının saytında yayımlanıb. 

"Sabah, 11 noyabrda saat 13.00-da (Moskva vaxtı ilə 12.00) Azadlıq Meydanında mitinq keçirəcəyik, orada mövcud vəziyyəti sizə izah edəcəyik", - deyə bəyanatda qeyd olunub.

Anara Mikail

Gündəm