Sabahdan 10 şəhər və rayonda bərbərxana və salonların fəaliyyəti dayandırılır
06.11.2020 16:57 Cəmiyyət

Sabahdan 10 şəhər və rayonda bərbərxana və salonların fəaliyyəti dayandırılır

2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır.

"MediaPost"un məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Xəbərlər şöbəsi

Gündəm