Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır
05.01.2020 07:33 Cəmiyyət

Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır

Bu barədə "MediaPost"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Xəbərlər departamenti

Gündəm