Sabahdan güclü külək əsəcək  - XƏBƏRDARLIQ
27.04.2020 12:35 Cəmiyyət

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

"MediaPost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbərlər departamenti

Gündəm