Sabahın hava proqnozu açıqlandı
12.11.2020 13:01 Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən "MediaPost"a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu,  nisbi rütubət  85-95  faiz təşkil edəcək.  

    Noyabrın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 4-8,  gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

    Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif  və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Xəbərlər şöbəsi

Gündəm