Sabahın havası - Proqnoz
18.04.2021 12:05 Gündəm

Sabahın havası - Proqnoz

Sabahın havası açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin "MediaPost"a verdiyi məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu  gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Xəbərlər şöbəsi

Gündəm