Sabiq baş nazir saxlanıldı
26.01.2021 23:46 Dünya

Sabiq baş nazir saxlanıldı

Qırğızıstanın sabiq baş naziri Məhəmmədkalıy Abılqazıyev saxlanılıb.

"MediaPost" xəbər verir ki, keçmiş baş nazir qanunsuz varlanmada şübhəli bilinir. Hazırda onunla bağlı araşdırma aparılır.

Sabiq hökumət rəhbəri bundan əvvəl istintaqa çağırılaraq sorğu-sual edilmişdi.

Qeyd edək ki, Abılqazıyev 2018-2020-ci illərdə ölkənin baş naziri olub. O, ötən il vəzifəsindən istefa verib.

Xəbərlər şöbəsi

Gündəm