Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var
19.04.2020 21:59 Hadisə

Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“MediaPost” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kazımova Mənzərxanım Məmmədrza qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm