Sabunçuda yol qəzasında 57 yaşlı qadının beli sınıb
08.06.2023 02:21 Hadisə

Sabunçuda yol qəzasında 57 yaşlı qadının beli sınıb

Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"MediaPost"un məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəcəfova Nəsibə Əliağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Xəbərlər departamenti

Gündəm