Safura albomla geri qayıdır
Uzun zamandır sənətdən uzaqlaşan Safura Əlizadə yeni albomla geri qayıdır.
“MediaPost” xəbər verir ki, o, martda sevənlərinə mahnılar təqdim edəcək. Sənətçi bu barədə “Youtube” kanalındakı vloqda məlumat verib.
Safura yeni albomu üçün kameralar qarşısına keçərək fotosessiya da etdirib.
Qeyd edək ki, Safura Əlizadə mərhum Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra sənətdən uzaqlaşmışdı. O, uzun müddətdir İstanbulda yaşayır. İfaçının İsgəndər, Ayişə və Natiq adlı üç övladı var.