Şagird sıxlığının həll olmasıyla bağlı qərar verilib - Yeni məktəblər açılacaq
27.01.2020 09:14 Təhsil

Şagird sıxlığının həll olmasıyla bağlı qərar verilib - Yeni məktəblər açılacaq

"MediaPost" xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qərar ötən il sözügedən məsələlərlə bağlı keçirilən iclaslarda verilib.

Nazirin sözlərinə görə, bu il də qeyd edilən istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

Xəbərlər departamenti

Gündəm