Şagirdlərin elektron yerdəyişməsi  bu tarixdə dayandırılacaq
26.05.2023 10:30 Təhsil

Şagirdlərin elektron yerdəyişməsi bu tarixdə dayandırılacaq

İyunun 6-sı saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

MediaPost xəbər verir ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbərlər departamenti

Gündəm