“Şahdəniz” qazının nəqli 18% artıb
16.10.2020 12:51 Energetika

“Şahdəniz” qazının nəqli 18% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral qaz kәmәrlәri ilә 21 mlrd 515,5 mln kubmetr qaz nәql edilib.

“MediaPost”un Dövlət Statistika Komitəsinə  istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə әvvәlki ilin müvafiq dövrünә nisbәtәn 8% artım müşahidә olunub. Qazın nәqlinin 40,6%-i BakıTbilisi-Әrzurum Cәnubi Qafqaz boru kәmәri vasitәsilә hәyata keçirilib vә bu kəmərlə 8 mlrd 736,2 mln kubmetr qaz ötürülüb. Bu kəmərlə nəql olunan qazın həcmi 17,9% artıb.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının qazı nəql edilir. Bu qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

 

Xəbərlər departamenti

Gündəm