Spiker  Şuşa qələbəsi ilə bağlı Azərbaycan xalqını təbrik etdi
08.11.2020 18:00 Siyasət

Spiker Şuşa qələbəsi ilə bağlı Azərbaycan xalqını təbrik etdi

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhəri ilə bağlı Azərbaycan xalqını təbrik edib.

"MediaPost" un məlumatına görə,  o, bu barədə özünün “Twitter” hesabında paylaşım edib. 

S.Qafarova yazıb:

“Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir. Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram”.

Bu gün #Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan #Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir.Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram. #KarabakhisAzerbaijan 🇦🇿🇦🇿🇦🇿 pic.twitter.com/mhZvnIIdr7

— Sahibə QAFAROVA (@Az_Spiker) November 8, 2020

Xəbərlər şöbəsi

Gündəm