Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
30.10.2020 22:32 Xarici siyasət

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova İzmir vilayətində baş verən zəlzələdə ölənlərlə əlaqədar türkiyəli həmkarına başsağlığı verib.

“MediaPost”un məlumatına görə, bu barədə parlamentin rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb:

“Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir".

 

Xəbərlər departamenti

Gündəm