Sahibkarlar Mərkəzi Bankı məhkəməyə verə bilər – AÇIQLAMA - <span>VİDEO</span>
20.01.2021 17:56 Maliyyə

Sahibkarlar Mərkəzi Bankı məhkəməyə verə bilər – AÇIQLAMA - VİDEO

Prezidentin 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olundu və onun səlahiyyətləri Mərkəzi Banka verildi. Bununla belə Mərkəzi Bank haqqında Qanuna müvafiq dəyişikliklər edilməyincə o, ləğv edilən bu səlahiyyətləri icra edə bilməzdi. Ona görə Sərəncamın 2.1-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, aidiyyəti qanunlara, o cümlədən özü haqqında Qanuna zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb 1 ay müddətində Prezidentə təqdim etsin. 14 aya yaxın vaxt keçməsinə baxmayaraq Mərkəzi Bank haqqında Qanuna hələ də müvafiq dəyişikliklər edilməyib. Buna görə də bu müddət ərzində Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi qəbul etdiyi bütün qərarlar (əmək və əmlak münasibətlərindən tutmuş qəbul etdiyi qaydalar və ləğv etdiyi lisenziyalaradək) qanunsuzdur.

Banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “MediaPost”a açıqlamasında məsələnin hüquqi tərəflərini şərh edib:

 

Rahim Tarıverdiyev

Gündəm