Sahibkarlıqla bağlı yoxlamaların dayandırılması müddəti uzadıldı
09.03.2021 13:53 Sahibkarlıq

Sahibkarlıqla bağlı yoxlamaların dayandırılması müddəti uzadıldı

Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

"MediaPost" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. 

Qeyd edək ki, əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Xəbərlər şöbəsi

Gündəm