Sahil Babayev: "İnsanlarımızın iş yerlərini və əməkhaqlarını qoruya bildik”
07.08.2020 09:18 Gündəm Cəmiyyət

Sahil Babayev: "İnsanlarımızın iş yerlərini və əməkhaqlarını qoruya bildik”

“Həqiqətən də çox önəmli və ciddi bir məsələdir ki, biz pandemiya dövründə əmək bazarında əmək müqaviləsi ilə işləyən insanlarımızın iş yerlərini və əməkhaqlarını qoruya bildik”.

“MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Bu gün dövlət sektorunda 900 mindən artıq vətəndaşımız çalışır. Sərtləşdirilmiş karantin rejimi ilə bağlı 80 faizə qədər dövlət sektorunda işləyən şəxslərin işə çıxmamasına baxmayaraq onların maaşları tam həcmdə vaxtında ödənildi. Bu missiyanı da Azərbaycan dövləti öz üzərinə götürdü”.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm