Şahin Əliyev Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri təyin edilib
29.11.2019 15:56 Rəsmi

Şahin Əliyev Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri təyin edilib

Mediapost.az xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır.

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

Xəbərlər departamenti

Gündəm