Şahin Mustafayev hökumət adından başsağlığı verdi
03.11.2020 21:53 Siyasət

Şahin Mustafayev hökumət adından başsağlığı verdi

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev bu gün Əfqanıstanın ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

"MediaPost" xəbər verir ki, dövlət rəsmisi Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Xəbərlər şöbəsi

Gündəm