Şahzadə Diananın həyatı yenidən ekranlaşdırılır
03.11.2020 13:35 Şou-biznes

Şahzadə Diananın həyatı yenidən ekranlaşdırılır

1997-ci ildə Parisdə qəzada həlak olan Şahzadə Diananın həyatı yenidən ekranlaşdırılır.

“MediaPost” xəbər verir ki, bu dəfə “Oskar” və “Emmi” mükafatı qazanmış prodüserlər Simon və Conatan Çin sənədli film hazırlayacaq. Onların layihəsi həm TV-də, həm də kinoteatrlarda yayımlanacaq.

“Diana” adlı ekran işinin rejissoru Ed Pörkinsdir. O bildirib ki, layihədə minlərlə saatlıq xəbər materiallarından, daha öncə yayımlanmamış video və fotolardan istifadə olunacaq.

Pərviz Hüseyn

Gündəm