Şair Salam Sarvan meyxanaçılara çağırış edib: "Onları bağlasam, efirə çıxmamalıdırlar"
15.11.2019 11:24 Gündəm

Şair Salam Sarvan meyxanaçılara çağırış edib: "Onları bağlasam, efirə çıxmamalıdırlar"

"Biz indiyədək meyxananın əleyhinə dibinəcən çıxmamışıq. Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə "qaqaşlıq" intonasiyasında fəsadlar törədir".

Mediapost.az xəbər verir ki, bu sözləri tanınmış şair Salam Sarvan bildirib və efirdən birdəfəlik meyxananın yığışdırılması üçün söz ustalarınamaraqlı təklif edib.

"Bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: Mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu çağırışdır" - S.Sarvan qeyd edib.

O, bununla başğlı öz şərtlərini irəli sürüb və bunun əsasında məğlub olarsa, hətta qələmini bir daha götürməyəcəyini vurğulayıb:

"Dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xridarların sayı 10 nəfər. Hər iki tərəfdən çəkiliş. Həmin iki nəfərin bağlanacağı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir. Mən bağlanacağım təqdirdə isə qələmi yerə qoyacağam".

Xəbərlər departamenti

Gündəm